Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Rusiyadakı diasporumuz qardaş Türkiyəyə maddi və humanitar yardım göstərir

REKLAM ALANI
17.02.2023
A+
A-

 

 

 

Rusiyadakı diasporumuz qardaş Türkiyəyə maddi və humanitar yardım göstərir

, 2023
Rusiyadakı diasporumuz qardaş Türkiyəyə maddi və humanitar yardım göstərir
Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.

Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində fəaliyyət göstərən “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı indiyədək 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardımı qardaş ölkənin zəlzələ bölgəsinə yola salıb.

Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı Kurqan və Tümen vilayətlərindəki Azərbaycan icmaları ilə birlikdə 86 400 manat məbləğində humanitar yardımı (72 biotualet) Türkiyəyə göndərib.

Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti 81 min manat (3 mln. rubl) dəyərində humanitar yardımı Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğuna təhvil verib. Bu kampaniyada “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgiyevsk, Budyonovsk, Nevinnomıssk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvləri və Şimali Qafqazda yaşayan müxtəlif icmalar iştirak ediblər.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyatı” regional ictimai təşkilatı 81 300 manat (3,5 milyon rubl) dəyərində maddi və humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna təhvil verib

Tatarıstanın Leninoqorsk rayonunda və şəhərindəki Azərbaycan diasporunun da daxil olduğu “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu 1 milyon 650 min rubl nağd vəsaiti müvafiq hesaba köçürüb və toplanan humanitar yardımı Türkiyənin Kazan şəhərindəki Baş konsulluğuna təqdim edib.

Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 55 min manat (2 milyon 345 min rubl) məbləğində maddi və humanitar yardımı Türkiyənin Tatarıstandakı Baş konsulluğu vasitəsilə qardaş ölkəyə çatdırıb.

“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı qardaş ölkəyə 45 min manat (1,5 milyon rubl) dəyərində maddi və humanitar yardım göstərib.

Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manat dəyərində humanitar yardımı Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğuna təhvil verib. Sankt-Peterburqdakı Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi 3200 manat (140 min rubl) maddi vəsaiti Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun hesabına köçürüb və zəlzələdən zərərçəkən 250 nəfər üçün humanitar yardım təhvil verib.

“Perm diyarı üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatı 35 min manat (1,5 milyon rubl) dəyərində çadır və qızdırıcı avadanlıqlardan ibarət humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna göndərib.

İndiyədək Yaroslavl vilayətindəki Azərbaycan icması 23 min manat (1 milyon rubl), Krasnoyarsk Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 22 min manat (1 milyon rubl), “Azərbaycan” Çelyabinsk ictimai təşkilatı 11 600 manat (500 min rubl), “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat (400 000 rubl), Samara Vilayəti Azərbaycanlıları Liqası 11 600 manat (500 min rubl), “Rusiya Azərbaycan Qadınları” İctimai Təşkilatı 5 636 manat (244 min rubl), Kirov şəhərindəki ‘Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi Regional Təşkilatı 2330 manat (100 min rubl), Solikamskdakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), Ivanovodakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), Komi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 2330 manat (100 min rubl) məbləqində maddi və humanitar yardım göstərib.

Rusiyadakı diaspor təşkilatları humanitar yardım kampaniyasında iştirak edən bütün soydaşlarımıza və xeyirxah şəxslərə təşəkkür edib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rusiyadaki-diasporumuz-qardas-turkiyeye-maddi-ve-humanitar-yardim-gosterir-2393

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.