Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Qlazqo Universitetinin tələbələri ilə görüş olub

REKLAM ALANI
22.12.2023
A+
A-

 

 

 

 

Qlazqo Universitetinin tələbələri ilə görüş olub

2023

Qlazqo Universitetinin tələbələri ilə görüş olub

 

 

 

 

Birləşmiş Krallığa səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın Şotlandiyanın Qlazqo şəhərində yerləşən ən qədim ali təhsil ocaqlarından biri olan Qlazqo Universitetində azərbaycanlı tələbələrlə görüşü keçirilib.

Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan görüş zamanı Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dünya azərbaycanlılarının tarixi vətən və azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi istiqamətində qəbul etdiyi qərarlar və atdığı addımlar barədə danışılıb.

 

 

 

Qlazqonun digər universitetlərində də təhsil alan tələbələri və mütəxəssisləri bir araya gətirməklə Azərbaycan Cəmiyyətinin gənclərimizin həmrəyliyi, asudə vaxtının təşkili və Azərbaycanı təbliğ olunması məqsədilə layihələr həyata keçirməyə çalışdığı diqqətə çatdırılıb.

 

 

 

 

 

Əksəriyyəti xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələləbələr müzakirələrdə fəal iştirak edərək, təcrübələrini və gələcək planlarını həvəslə bölüşüblər. Tələbələrimizin yüksək təhsil almaqla yanaşı, hər zaman zəngin mədəniyyətimizi təbliğ etməyə çalışdıqları, Azərbaycan həqiqətlərini yerli və digər millətlərin təmsilçiləri ilə paylaşdıqları vurğulanıb. Azərbaycanın multikultural mühitində formalaşan soydaşlarımızın təhsil və ya kommunikasiya-inteqrasiya məsələləri baxımından hər hansı çətinliklə qarşılaşmadığı, qarşılıqlı hörmətin hökm sürdüyü mühitə çox asan uyğunlaşdıqları bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından hədiyyə olunan kitab və suvenirləri məmnunluqla qarşılayan gənclərimiz universitetin kitabxanasına daha çox kitabın təqdim olunması istiqamətində Azərbaycan Cəmiyyətinin fəalları ilə birgə çalışacaqlarını söyləyiblər.

 

 

 

Tədbirin sonunda Komitənin şöbə müdiri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gənclərimizi təbrik edib, görüşün təşkilinə görə Azərbaycan Cəmiyyətinin rəhbəri Nərmin Əliyevaya minnətdarlığını bildirib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qlazqo-universitetinin-telebeleri-ile-gorus-olub-3988

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.