Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Britaniyadakı icmamız İlinq şəhər Şurasının ermənipərəst qərarına yenidən baxılması üçün çağırış edib

REKLAM ALANI
11.09.2023
A+
A-

Resim

 

 

Resim

 

 

Britaniyadakı icmamız İlinq şəhər Şurasının ermənipərəst qərarına yenidən baxılması üçün çağırış edib
11 sentyabr, 2023

 

 

Britaniyadakı icmamız İlinq şəhər Şurasının ermənipərəst qərarına yenidən baxılması üçün çağırış edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması Londondakı İlinq şəhər Şurasının (Ealing City Council) “erməni soyqırımı”nın anılması haqqında qərarına sərt etiraz edib.

 

 

 

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın adından Böyük Britaniya Parlamentinin İcmalar Palatasının lideri xanım Penni Mordaunta və xarici işlər naziri Ceyms Kleverliyə ünvanlanan məktublarda icmamızın bu qəbuledilməz və yolverilməz vəziyyətlə bağlı dərin narahatlığı ifadə olunub.

 

 

 

 

Hər iki rəsmi şəxsin Böyük Britaniyanın maraqları naminə göstərdikləri fədakarlığını yüksək qiymətləndirən cəmiyyət rəhbəri Azərbaycan icmasının fikirlərinin nəzərə alınacağına ümid etdiyini vurğulayıb.

 

 

 

 

Nəzərə çatdırılıb ki, I Dünya müharibəsi zamanı baş vermiş insan itkisini və faciəvi hadisələri bu gün də kədərlə xatırlayan icmamız İlinq şəhər Şurasının türk millətinə münasibətdə “soyqırım” ifadəsini dəstəkləməsinə qəti etiraz edir. Şura daxilində bu məsələ ilə bağlı fikir ayrılığının olduğunu əsas gətirən bir neçə şura üzvünün bu qərarın təsdiqlənməsinə qarşı çıxması xüsusilə vurğulanıb.

 

 

 

İlinq şəhər Şurasının qərarının Böyük Britaniya hökumətinin və Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı uzunmüddətli siyasətinə zərbə vurduğu, bütöv bir xalqı yalandan soyqırımda ittiham etdiyi, Birləşmiş Millətlər Təşkilatının məsələ ilə bağlı heç bir qərarının olmamasına məhəl qoymaması kimi faktlara diqqət cəlb edilib.

Tarixi faktların siyasətçilər yox, tarixçilər tərəfindən araşdırmalı olduğu vurğulanıb. “Biz qəti şəkildə inanırıq ki, bu məsələ siyasi motivlərə deyil, tarixi faktlara əsaslanmalıdır. Qeyd etmək lazımdır ki, heç bir məhkəmə və ya beynəlxalq komitə erməni soyqırımının baş verməsini təsdiqləməyib. Buna görə də hesab edirik ki, İlinq şəhər Şurasının qəbul etdiyi qərarın tarixi dəqiqliyi yoxdur”.

 

 

 

Qondarma erməni soyqırımının əsaslandırılmasını şübhə altına alan çoxlu mənbələrin mövcud olduğu, amerikalı kontr-admiral M.L.Bristolun ABŞ Konqresində saxlanılan və erməni soyqırımını dəqiqliklə təkzib edən məşhur hesabatı yada salınıb.

 

 

 

 

Britaniyada yaşayan azərbaycanlı və türk əhalinin problemlərinə ciddi yanaşmağı xahiş edən soydaşlarımız Britaniya parlamentinə və hökumətinəi İlinq şəhər Şurasının(Ealing City Council) qərarına yenidən baxılması üçün çağırış ediblər. “Hesab edirik ki, parlamentdə hərtərəfli müzakirələr daha balanslı mövqe nümayiş etdirməyə səbəb olacaq və nəticədə İlinq Şurasının qəbul etdiyi qərara yenidən baxılmasına gətirib çıxaracaq”.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/britaniyadaki-icmamiz-ilinq-seher-surasinin-ermeniperest-qerarina-yeniden-baxilmasi-ucun-cagiris-edib-3438

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.