Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

REKLAM ALANI
31.01.2023
A+
A-

 

 

 

İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

2023,

İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.

Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.

Baş nazir Viktor Orbanın çıxışı

– Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar.

Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm.

Mən ana dilimdə danışacağam və sizin dilinizə tərcümə olunacaq. Eyni ölçüdə olan ölkələr, hətta rəsmi danışıqları ingilis dilində aparsalar belə, öz ana dilindən istifadə etməyi xoşlayır. Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı -bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək. Mənim Prezident Əliyevlə və birinci xanımla dostluğum məhz o vaxta təsadüf edir və mən birinci xanımı da səmimi-qəlbdən salamlamaq istəyirəm.

Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var. Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.

Cənab Prezident, ötən onilliyə görə biz Sizə həmişəlik minnətdarıq. Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq bizim gələcəkdə imkanlarımız olacaq.

Cənab Prezident, səfəriniz üçün təşəkkür edirəm. Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!

x x x

Prezident İlham Əliyevinçıxışı

– Hörmətli cənab Baş nazir.

Hörmətli birinci xanım.

Əziz dostlar.

Mehriban və mən Sizin gözəl ölkənizdə özümüzü evimizdəki kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərlik bizi çox xoşbəxt edir.

Əziz dostum cənab Baş nazir öz çıxışında bizim haqqımızda çox gözəl sözlər deyib, buna görə mən çox təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir. Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk.

Cənab Baş nazirlə artıq on ildən çoxdur ki, yaxın əlaqələrimiz var, deyə bilərəm ki, dostluq edirik. Həm əziz dostum Viktor dəfələrlə Azərbaycanda olub, mən artıq bir neçə dəfə Macarıstana səfərlər etmişəm və biz hər il ən azı bir neçə dəfə beynəlxalq tədbirlərdə də görüşürük. Hər bir fürsətdən yararlanmaq istəyirik ki, həm söhbət edək, eyni zamanda, ölkələrimiz üçün vacib olan məsələləri müzakirə edək və onları həll edək.

Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur – qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz.

Bu gün mətbuata verdiyimiz açıqlamalarda biz bir çox önəmli məsələləri əhatə etdik, onları təkrarlamaq istəmirəm. Ancaq bir şeyi burada əlavə qeyd etmək istəyirəm ki, doğrudan da biz özümüzü burada evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.

Əlbəttə, Viktora əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR

SƏNƏDLƏR

VİDEOLAR

ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/58758

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.