Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Stavangerdəki icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib

Stavangerdəki icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib
REKLAM ALANI
05.06.2023
A+
A-

 

 

 

Stavangerdəki icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib
, 2023
Norveçin Stavanger şəhərində yaşayan Azərbaycan icması 28 May – Müstəqillik Gününü təmtəraqla qeyd edib.

Stavangerdəki icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib
Norveç-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təşkil etdiyi tədbirdə icmamızın üzvləri və xarici qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə cəmiyyətin İdarə Heyəti adından bu möhtəşəm bayram münasibətilə soydaşlarımıza təbrik ünvanlanıb. Qonaqlara 105 il öncə ölkəmizin tarixində baş vermiş mühüm hadisə ilə bağlı ətraflı məlumat verilib, türk və islam dünyasında ilk dünyəvi, demokratik və parlament respublikasının Azərbaycanda elan olunduğu, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu vurğulanıb.

Tədbirin bədii hissəsində cəmiyyətin nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” adına həftəsonu Azərbaycan dili məktəbinin milli geyimli şagirdlərinin ifasında milli rəqslərimiz təqdim olunub. Tədbir şən əhval-ruhiyyəli Azərbaycan musiqisi sədaları altında davam edib.

 

 

 

Bundan başqa, Müstəqillik Günü münasibətilə Stavangerdə Azərbaycan əsilli istedadlı skripka ifaçısı Ülvi Həsənlinin (skripka) konserti keçirilib. O, pianoçu həmkarı Kiril Kutla birlikdə təşkil etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Konsert proqramı gecəyə toplaşan soydaşlarımıza və xarici qonaqlara ecazkar anlar yaşadıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stavangerdeki-icmamiz-musteqillik-gunu-ile-elaqedar-bir-araya-gelib-3040

 

 

REKLAM ALANI