Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Diasporumuz alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib

REKLAM ALANI
18.12.2022
A+
A-

 

 

 

Diasporumuz alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib

2022
Diasporumuz alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib
Almaniyada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin ekofəallarının, könüllülərinin və media mənsublarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı alman ictimaiyyətinə müraciət edib.

Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayevin və Alman Azərbaycan Mədəniyyət Evinin sədri, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayevin adından alman siyasətçisi, ekologiya, təbiətin mühafizəsi, nüvə reaktorlarının tikintisi və təhlükəsizliyi üzrə sabiq nazir Barbara Ann Hendriksə, ölkənin Ətraf Mühit və Təbiət Federasiyası, Təbiəti Mühafizə İttifaqı, “Robun Vud” təşkilatına və digər qurumlara ünvanlanan müraciətində diqqət Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərin qeyri-qanuni istismarına cəlb edilib.

Yaranmış mövcud duruma gətirib çıxaran səbəblər barədə ətraflı məlumat verən diapor təşkilatlarının rəhbərləri qeyd ediblər ki, post-müharibə dövründə Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı daha da gücləndirilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayona göndərilmiş işçi qrupunun bu ərazidə monitorinq keçirmək cəhdinə isə imkan verilmir.

Azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, ermənilərin ekoterrorizminin bütün regionu təhdid etdiyini vurğulayan diaspor təşkilatlarının rəhbərləri alman siyasətçilərini və təşkilatlarını bu məsələyə adekvat reaksiya göstərməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/diasporumuz-alman-ictimaiyyetinin-diqqetini-ermenilerin-ekoterrorizmine-yoneldib-2081

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.