Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib

REKLAM ALANI
04.10.2022
A+
A-

Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib

 

, 2022
Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib

“BM Morrison Partners” beynəlxalq hüquq firmasının London nümayəndəliyi “İlin hüquq şirkəti” adına layiq görülüb.

 

Bu mükafat tanınmış azərbaycanlı hüquqşünas Fərhad Mirzəyevin rəhbərlik etdiyi şirkətə “Complex Cross Border Transactions” nominasiyası üzrə təqdim edilib.

 

Qeyd edək ki, xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkəti olan “BM Morrison Partners” 1992-ci ildə təsis edilib. Geniş profilli şirkət hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.

 

Fərhad Mirzəyev “BM Morrison Partners” şirkətində 20 ildir çalışır. Onun adı Azərbaycanın aparıcı hüquqşünasları sırasında “Chambers Global”, “Legal 500” və “IFLR 1000” kimi nüfuzlu beynəlxalq hüquqi nəşrlərdə qeyd olunub. Həmyerlimiz

“ən mürəkkəb məsələləri həll etməyə qadir şəxs” imicinə malikdir.

 

Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı ilə Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar. Hesabatda Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara, işğal dövründə Füzuli rayonunda törədilən əməllərə beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymət verilib. Bu hesabat Ermənistanda böyük narahatlıqla qarşılanıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/londonda-hemyerlimizin-rehberlik-etdiyi-sirket-ilin-huquq-sirketi-secilib-1595

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.