Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nazir Ceyhun Bayramovun UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşünə dair mətbuat məlumatı

REKLAM ALANI
12.01.2024
A+
A-

 

 

No:003/24, Nazir Ceyhun Bayramovun UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşünə dair mətbuat məlumatı

 

 

11 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb.

 

 

 

 

Görüşdə Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyinin bərpasının ilk günlərindən BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən UNICEF-lə yaxından əməkdaşlıq etdiyini, xüsusilə Ermənistanın ərazilərimizi işğalı nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş uşaqlar üçün daha yaxşı təhsil və səhiyyə imkanlarının yaradılması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə uğurlu proqram və layihələrin həyata keçirildiyini qeyd edib.

 

Qarşı tərəf hazırkı postmünaqişə dövründə vətəndaşlarımızın öz evlərinə ləyaqətli qayıdışının təmini istiqamətində görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhdidinə qarşı mübarizə barədə ətraflı məlumatlandırılıb.

 

 

 

Nazir Ceyhun Bayramov, xüsusilə mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğulayıb.

 

 

 

Regina de Dominitsis UNICEF-in Azərbaycanla mövcud uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsində maraqlı olduğunu, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi cari ildə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində uşaq hüquqları sahəsində müxtəlif birgə təşəbbüslərin həyata keçirilə biləcəyini qeyd edib.

 

 

 

Postmünaqişə dövründə Azərbaycan tərəfindən məcburi köçkünlərin öz evlərinə qayıdışına istiqamətlənən bərpa və quruculuq fəaliyyətinin təqdirəlayiq olduğu, bu istiqamətdə UNICEF-in də prosesə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

 

 

 

Nazir Ceyhun Bayramov öz növbəsində COP29-a hazırlıq prosesində ilkin planlar barədə qarşı tərəfi məlumatlandırıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no00324

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.