Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Politoloq Ülkər Piriyeva , “Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib”

REKLAM ALANI
03.02.2022
A+
A-

Politoloq Ülkər Piriyeva Türkiyə medyasına verdiyi açıqlamada, “Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib” – dedi.

Politoloq Ülkər Piriyeva

Gənclər hər bir ölkənin gələcəyidir, ancaq buna baxmayaraq, bəzi ölkələrdə hökumət siyasəti nadir hallarda əhalinin bu təbəqəsini qoruyub saxlamağa və inkişaf etdirməyə yönəlir. Özünü axtaran adam onu hara aparacağını bilən sürüşkən yolda addımlaya bilər.

Bəli, Gənclər ölkənin sütunu və gələcəyidir. Bəs, onlar bunu bilirlərmi? Yəqin ki, təxmin edirəm. Müasir cəmiyyətdə gənclərin rolu nədir? İlk növbədə, gənc nəslin əsas vəzifəsi doğulduğu ölkənin layiqli vətəndaşı olmaqdır. Böyümə yolunda olan insan həmişə öz müqəddəratını təyin etmək məsələsi ilə qarşılaşır. O, özünü və yolunu tapmağa çalışır. Buna əsaslanaraq, zaman keçdikcə cəmiyyətdə hansı rolu oynayacağını anlayır. Hər kəs öz ölkəsini inkişaf etdirmək, insanlara kömək etmək üçün qarşısına məqsəd qoymalıdır. Sözsüz ki, bu, dövlətin daha güclü və daha yaxşı olmasına kömək edəcəkdir. Müasir cəmiyyətdə gənclərin sosial rolu, müəyyən edilmiş standartların inkişafı və daha kreativ yöndə dəyişdirilməsidir. Yaşlı nəsil əsasən mühafizəkardır. Bəzən yaşlı nəslin nümayəndələri, nə texniki avadanlıqlarını, nə də baxışlarını dəyişmək istəmirlər. Bunun əksinə olaraq gənclər, dəyişiklikləri təbii və məntiqli bir şey kimi qəbul edirlər. Belə ki, bunlar arasında xüsusilə, tələbələr və məzunlar yeni məlumatları almaqdan məmnundurlar və onu praktikada tətbiq etməyə tələsirlər. Qeyd etməliyəm ki, bacarıqlarını inkişaf etdirmək gənc nəslin əsl məqsədidir. Belə ki, hər bir gənc özünü bu həyatda reallaşdırmağa, sübut etməyə çalışır. Bəs, niyə bunu edir? Bəlkə, müasir cəmiyyətdə öz yerini və rolunu tapmaqdan ötrü…
Bəs, cəmiyyətimiz gənc nəsildən nə istəyir? Haqlı olaraq, əcdadların əsrlər boyu qoyduğu adət-ənənələri və dəyərləri qoruyub saxlanmağı.
Müasir cəmiyyətdə gənclərin rolu nə qədər aydın olsa da, gənc nəslin daha nələrə ehtiyacı olduğu hamıya aydın deyil. Biliyi qorumaq və artırmaq? Əlbəttə. Amma yenə də əsas vəzifə ümumbəşəri dəyərləri qorumaqdır.
Məsələn, dürüstlük, insanlıq, çalışqanlıq, yaxşılıq kimi. Qəribə görünür, amma insanlar arasında açıqlıq, dürüstlük günü-gündən ölür. Müasir gənclər olduqlarından daha yaxşı görünmək istəyirlər. Bəziləri də, nədənsə böyüməyə deyil, sadəcə real olmayan aləmdə özünü sübut etməyə çalışır. Sosial şəbəkələr məxfiliyi təbliğ edir. Ancaq adamlar deyəsən olduqca açıq yaşayır, amma bu həyat real deyil, sadəcə və sadəcə təmtəraqlı görünür, geridə buraxacağı fəsadları isə bir çoxları düşünmür, xüsusilə həyata yeni qol qanad açan gənclər, lakin bu da hər kəsə aid deyil, o səbəbdən gəncləri düzgün yönləndirmək ilk növbədə, evdə ailənin və məktəbdə müəllimlərin, sosial aləmdə radio, televiziya, onlayn media vasitələrinin üzərinə düşür. Yəni hər kəsə bir damla…
Həmçinin müasir cəmiyyətdə gənclərin rolu nəyin maraqlı olması və gənc nəslin nəyə can atması ilə müəyyən edilir. Müasir gəncliyin müsbət keyfiyyətləri hansılardır?
Öz-özünə təhsil, bu dünyayı kəşf etmək arzusu, daima yeniliklər arxasında olmaq və başqa şeylər. Əksər yeniyetmələrin uzun müddət öz həqiqi müqəddəratını təyin edə bilməmələri, onlara həqiqətən maraqlı olan təkbaşına işləmək vərdişini aşılayır. Gənclər müxtəif sahələrdə kurslara getməyi və ya internetdən məlumat almağı xoşlayırlar və s..
Gənclər təkcə cəmiyyətin inkişafında iştirak etmirlər. Gənc nəsil həyatın bütün sahələrini bilmək istəyir və bəzən idrak üçün seçilən üsullar çox başa düşüləndir. İnsan müasir cəmiyyətdə gəncliyin rolundan bəhs edən məqalə yazanda adətən vəziyyəti bəzəyir. Bəs, dünyadakı müasir gəncliyin mənfi keyfiyyətləri hansılardır?
Tənbəllik – bu gün bir çox yeniyetmənin məqsədləri olsa da və hətta onlara çatmağı planlaşdırsalar da, tənbəllik hələ də hər bir insanın həyatında müəyyən dərəcədə mövcuddur, təbii ki, fəsadları ilə birlikdə. İnternet və bunun vaxt tələb etməsi sayəsində yeniyetmələr həftələrlə, bəzən isə aylarla bir işi təxirə sala bilirlər. Asılılıq kimi, alkoqol, müxtəlif narkotiklər gənc insanların sınadığı şeylərdir. Yeniyetməyə elə gəlir ki, pis vərdiş onu həmyaşıdlarının gözündə daha ağırlıqlı göstərəcək. Lakin təəssüflər olsun ki, az adam düşünür ki, əylənmək asılılıq yarada bilər və həqiqət burasındadır ki, ondan qurtulmaq mümkün olmaya da bilər. Bundan başqa saydığımız bu mənfi hallara, qeyri-müəyyənlik və biganəlik də daxildir.
Müasir cəmiyyətdə gənclərin sosial rolu təkcə dövlətin yaxşılığa doğru transformasiyası deyil. Çox vaxt gənclər yaşlı nəslin qarşısını ala biləcəyi problemlərlə də üzləşə bilirlər. Bu problemlər nədir? Səhv başa düşmək kimi.. Yaşlı nəsil gəncləri nadir hallarda başa düşür. Üstəlik, valideynlər, qohumlar və başqaları bəzən uzaq planları xəyallar, maraqlı ideyaları isə delirium adlandırırlar. Beləliklə, anlaşılmazlıq təkcə təhsil sahəsinə aid olmur. Hətda bəzən yeniyetmələr səyahət etmək istəsələr də, valideynləri ailə qurduqlarını və belə şeylərə vaxt itirməyə dəyməz deyə qarşını almaqdadırlar. Beləliklə, gəzib gösrmək, öyrənmək arzuları da yerindəcə boğulur.
Bəs, gənc nəslə necə müsbət təsir etmək olar..
Məsələn media – jurnallar, televiziya və radio gənclərin istehlak etdiyi məlumat mənbəyidir. Media vasitəsilə gənc nəsil dünyaya və vacib sayılmalı olan məsələlərə nəzər salır. Ona görə də valideynlər övladları ilə müasir cəmiyyətdə gənclərin və ətraf mühitin rolu haqqında daha tez-tez danışmalı və müzakirəyə vaxt ayırmalıdırlar. Çünki yaşlı nəsil düzgün dəyərləri ötürməzlərsə, uşaqlarda müasir dünyada mövcud olan real problemlər haqqında yanlış təsəvvür yarana bilər.

İndi isə, öz ölkəmizə nəzər salıram..
Müasir-müstəqil Azərbaycan dövləti və daim inkişafda olan Azərbaycan gəncliyi..
Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkə gənclərimiz daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub.
Beləliklə, dövlət gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı olan Gənclər və İdman Nazirliyi yaradıldı. Həmçinin Azərbaycan gənclərinin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanıldı. Gənclərimizin təhsili, sosial müdafiəsi və digər sahələrdə ölkə rəhbərliyi, dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildi. Məhz, bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilərək, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis edildi.
Beləliklə, bugün ölkə rəhbərimiz Ümummilli liderin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən, həmçinin I Vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və müvafiq qurumlar tərəfindən uğurla həyata keçirilir. Elə dövlət qurumlarımız arasında Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin adını da çəkmək yerinə düşərdi. Məhz, Türkiyə Cümhuriyyətinin Hacettepe universitetində təhsil aldığım illərdə Diaspora Komitəmizin sədri Fuad Muradov başda olmaqla komitənin sorumlu əməkdaşlarının təkcə ölkə xaricindəki soydaşlarımıza deyil, eləcə də, gənc soydaşlarımıza olan diqqət və qayğısının şahidi olmuşam.
Bəli, gənclərimiz hər zaman ölkəmizdə gedən proseslərin önündə olub və öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetiriblər. Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edən Azərbaycan gəncliyi, həm də mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında da fəal olublar. Qeyd etməliyəm ki, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllərlə qoyulmuş olan gənclər siyasəti, ölkəmizdə dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Həyata keçirilən genişmiqyaslı proqramlar əsnasında, bu gün gənclərimizin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olduğunun şahidiyəm. Bütün bunlar Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.
Bəli, müdrik ölkə rəhbərimiz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 günlük Vətən müharibəsi boyunca ordumuzun gücünü göstərən Ulu Öndərin Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən gənclərimizin, rəşadətli ordumuzun qüdrətini Qarabağ Zəfər tarixində bütün dünya gördü.
Allah Ali Baş Komandanımıza və gənc qəhrəman Ordumuza hər zaman güc və qüvvət versin.
Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən əziz “Azərbaycan Gəncləri” bayramınız mübarək olsun!

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.