Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib

REKLAM ALANI
28.11.2022
A+
A-

Açıklama yok.

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib
28 noyabr, 2022

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.
İstanbul şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VI Qurultayı keçirilib.

Açıklama yok.

Qurultayda qardaş ölkədə fəaliyyət göstərən TADEF üzvü olan 23 Azərbaycan dərnəyinin 82 nümayəndəsi, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Açıklama yok.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açıklama yok.

Qurultayın açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli, TADEF-in sədri Ədalət Turan, Bilkent Universitetinin professoru Əmrullah Məmmədov və başqaları çıxış ediblər.

Açıklama yok.

Bildirilib ki, xalqımız hər zaman öz dövləti və Prezidenti ilə qürur duyur. “Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Buna görə ilk növbədə Prezidentimiz İlham Əliyevə və hər zaman ölkəmizə qardaş dəstəyi göstərən, daim Azərbaycanın yanında olan Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğana borcluyuq. Bizim bu gün güclü ordumuz, qəhrəman övladlarımız var. Vətən müharibəsi bunun ən böyük sübutudur. Bütün bunlar türk millətinin qürurudur”, – deyə vurğulanıb.

Açıklama yok.

Qeyd edilib ki, ölkələrimiz Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını rəhbər tutaraq daim birgə irəli addımlayır. Bu baxımdan Türkiyə və Azərbaycan diasporunun birgə hərəkət etməsinin önəminə diqqət cəlb edilib. “Bu gün Türkiyə-Azərbaycan münasibətləri öz tarixi zirvəsini yaşayır. Bunun memarları isə dövlət başçılarımızdır”, – deyə nəzərə çatdırılıb.

Açıklama yok.

Tədbirdə V qurultaydan sonra görülən işlərin hesabatı verilib. Diasporun fəaliyyətinə dair həyata keçirilməsi nəzərdə tutulan layihələr planı və digər məsələlər müzakirə olunub.

Açıklama yok.

Qurultay iştirakçıları dünya azərbaycanlılarına, o cümlədən Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür və dəstək məktubu ünvanlayıblar.

Səsvermə nəticəsində federasiyanın yeni idarə heyəti müəyyən olunub. TADEF-in sədri vəzifəsinə növbəti dəfə Ədalət Turan seçilib.

Açıklama yok.

Qeyd edək ki, TADEF-in yeni seçilmiş İdarə Heyətin üzvləri və qurultay iştirakçıları İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında müasir Azərbaycan dövlətinin qurucusunun heykəlini ziyarət ediblər. Azərbaycanın və türk dünyasının görkəmli dövlət xadiminin abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirəsi böyük ehtiramla yad edilib.

Açıklama yok.

Açıklama yok.

Sonra qurultay iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət ediblər. Türkiyənin və türk dünyasının böyük öndərinin büstünün qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Açıklama yok.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/turkiye-azerbaycan-dernekleri-federasiyasinin-vi-qurultayi-kecirilib-2003

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.