Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Vyanada Cənubi Qafqazda münaqişədən sonrakı regional əməkdaşlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib

REKLAM ALANI
23.01.2024
A+
A-

 

 

 

Vyanada Cənubi Qafqazda münaqişədən sonrakı regional əməkdaşlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib

2024

 

 

Vyanada Cənubi Qafqazda münaqişədən sonrakı regional əməkdaşlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib

 

 

 

Avstriyanın paytaxtında yerləşən Vyana Diplomatiya Akademiyasında “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Avstriyadakı səfirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanadakı diplomatik korpusun nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların əməkdaşları, beynəlxalq münasibətlər üzrə mütəxəssislər və media təmsilçiləri iştirak ediblər.

 

 

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Vyana Diplomatiya Akademiyasının rektoru, səfir Emil Briks ölkəmizin regiondakı müstəsna rolundan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb, əməkdaşlığın perspektivlərinə toxunublar. Münaqişədən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə nəzər salınıb, post-müharibə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərdən bəhs edilib.

 

 

 

Konfransın “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri” və “Avropanın enerji təhlükəsizliyi, enerji mənbələrinin genişləndirilməsi və onların təchizatı marşrutları: Azərbaycanın rolu” adlı sessiyalarında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Qərb ölkələrinin araşdırılması üzrə şöbə rəhbəri Vasif Hüseynov, “FACE Consulting” şirkətinin təsisçisi, geosiyasət üzrə ekspert Velina Çakarova, Aİ-nin “Mariya Küri” qlobal proqramının iştirakçısı, NATO-nun eksperti, beynəlxalq təhlükəsizlik üzrə aparıcı strateji analitik Maurizio Qeri, Oksford İnstitutunun enerji araşdırmaları üzrə aparıcı məsləhətçisi, “Eurasia Analytics”in təsisçisi və direktoru Gülmira Rzayeva, Baltik dənizi ölkələri şurasında Enerji bölməsini keçmiş rəhbəri, “Turquoise International” şirkətinin baş məsləhətçisi Endryu Yanis Folkmanis və BMT-nin xüsusi təmsilçiliyinin Dayanıqlı enerji üzrə mütəxəssisi Daniel Qros, Türkiyənin Avstriyadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi, səfir Levent Eler çıxış ediblər.

 

 

 

 

Avrasiyanın əsas nəqliyyat dəhlizləri barədə ümumi məlumat verilib, onların arasında mühüm əhəmiyyət kəsb edən Orta Dəhliz və onun üzərində yerləşən Cənubi Qafqazın xüsusiyyətləri, Cənub Qaz Dəhlizi boru kəmərinin genişləndirilməsi, Avropanın enerji təhlükəsizliyi, “Yaşıl Sövdələşmə”, enerji sistemlərinin dayanıqlılığının artırılması, Mərkəzi və Şərqi Avropa regionunda enerji diplomatiyası kimi mövzulara toxunulub. Bildirilib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatındakı rolu, eləcə də Zəngəzur dəhlizi işə düşdükdən sonra Avropa və Asiya arasında əlaqələrin inkişafına müsbət təsir göstərə biləcək.

 

 

 

 

Ekspertlər yekun sülhün iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm amil olduğunu, Qarabağ münaqişəsinin başa çatması ilə regional inkişaf və Azərbaycanla Ermənistan arasındakı normallaşmanın Türkiyə və Ermənistan arasında əlaqələrin bərpasına da müsbət təsir göstərəcəyini söyləyiblər.

 

 

 

 

Konfrans dinləyiciləri maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/vyanada-cenubi-qafqazda-munaqiseden-sonraki-regional-emekdasliga-hesr-olunmus-beynelxalq-konfrans-kecirilib-4091

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.