Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İsraildəki diasporumuzun tanınmış fəalı Oğuz ictimaiyyəti ilə görüşüb

REKLAM ALANI
24.08.2023
A+
A-

 

 

 

İsraildəki diasporumuzun tanınmış fəalı Oğuz ictimaiyyəti ilə görüşüb

, 2023

 

 

 

İsraildəki diasporumuzun tanınmış fəalı Oğuz ictimaiyyəti ilə görüşüb

 

 

 

Azərbaycana səfəri çərçivəsində İsraildə yaşayan ravvin Şmuel Simantovun Oğuz ictimaiyyəti ilə görüşü keçirilib.

STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun və Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan görüş Mədəniyyət Mərkəzində gerçəkləşdirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, yerli ictimaiyyətin, yəhudi icmasının və bir sıra müvafiq dövlət qurumları nümayəndələrinin qatıldığı tədbirdə öncə Azərbaycan və İsrailin Dövlət himnlərinim səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir rejissor Rüfət Əsədovun ravvin Şmuel Smantovun iştirakı ilə çəkilmiş “Ananın duaları” sənədli filmindən fraqmentlərin nümayişi ilə davam edib.

 

 

 

 

Tədbirdə iştirak edən Komitə sədrinin müşaviri Cahid Kazımov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan bəhs edib. İsraildəki Azərbaycan diaspor fəallarının, o cümlədən ravvin Şmuel Simantovun diaspor quruculuğuna töhfələr verdiyini, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışdıqlarını vurğulayıb. 2022-ci ildə israilli ravvinin Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğu bildirilib.

Komitənin adından Şmuel Simantova, rejissor Rüfət Əsədova və Oğuz rayon İcra Hakimiyyətinə xatirə hədiyyələri təqdim edilib.

 

 

 

 

Tədbirdə çıxış edən Şmuel Simantov ölkəmizə bağlılıqdan və sevgisindən, Azərbaycanın haqq səsinin eşidilməsi naminə İsraildə həyata keçirdikləri layihələrdən danışıb. Bu görüşün təşkilinə görə Komitəyə və digər təşkilatçılara minnətdarlığını bildirib.

 

 

 

 

Tədbir səhnədə Azərbaycan bayrağını dalğalandıran Şmuel Simantovun və üç oğlunun ifasında şəhid və qazilərimizə həsr olunmuş mahnının təqdim edilməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/israildeki-diasporumuzun-taninmis-feali-oguz-ictimaiyyeti-ile-gorusub-3387

 

 

REKLAM ALANI